Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub
Azərbaycan Cüdo Federasiyasının (ACF) Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub.
Sportfm.az xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
Masallı rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Cənub bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.
Oxşar xəbərlər
Tovuzda yeniyetmələr arasında cüdo turniri keçirildi - FOTO
Bakıda yeni cüdo zalının açılışı oldu - FOTO
“Kaspi” liseyində cüdo zalının açılışı oldu - FOTO
Qərb zonasında yeni cüdo zalları - FOTO
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası