Şamaxıda Dünya çempionunun şərəfinə turnir
29-30 sentyabr 2017-ci il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq.
Yarışlar hər gün saat 10:00-da başlayacaq. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.
Oxşar xəbərlər
"Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Şamaxıda idman məktəbinin açılış mərasimi keçirildi - FOTO
Xəzər İsayev mükafat verdi
Şamaxıda 288 güləşçi Krapivinin xatirəsinə döşək üzərinə çıxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası