reklam
Son gündə 2 gümüş və 1 bürünc medal
Sportfm.az xəbər saytı

Son gündə 2 gümüş və 1 bürünc medal


Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, çempionatın son günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb.

İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə (80 kq) sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb.
Finalda Elton Vəzirzadə ukraynalı Andrey Antonikə məğlub olub gümüş medala yiyələnib.

Daha bir gümüş medalı isə 98 kq çəkidə təmsilçimiz Orxan Nuriyev qazanıb.

85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov çempionatı bürünc medalla başa vurub. Həlledici görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.

Xatırladaq ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.

Oxşar xəbərlər

Güləşçimizdən bürünc medal - Poland Open
Güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirdi
Əşrəf Əliyev Litvada nə etdi?
320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal
İslam Abbasov beşinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər