reklam
Güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirdi
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirdi


Azərbaycanın yunan-Roma güləşçisi Zamir Məhəmmədov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 97 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikalay Stadubla qarşılaşıb.

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məhəmmədov medal şansını əldən verib.

67 kq-da çıxış edən Namaz Rüstəmov isə təsəlliverici qarşılaşmada Zaur Kabaloyevə (İtaliya) uduzub.

Qeyd edək ki, digər yunan-Roma güləşçilərindən Murad Bazarov (60 kq) və Tuncay Vəzirzadə (82 kq) 1/4 finalda, Xasay Həsənli (72 kq) isə 1/8 finalda uduzaraq, çıxışlarını başa vurub. Taleh Məmmədov (63 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Son iki güləşçimiz medal görüşünə çıxacaq - Avropa çempionatı
Güləşçilərimiz 3 medal qazandı - Avropa çempionatı
Güləşçilərimiz yarımfinala vəsiqəni təmin edə bilmədi - Avropa çempionatı
5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Yunan-Roma güləşçilərimizin rəqibləri bilindi - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər