Cabbarov öz klubunu idarə etməyi "Səbail"in şura üzvünə tapşırdı
Ötən gün Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti postunda Nazim İbrahimovu əvəzləyən Mikayıl Cabbarov "Vətən"in rəhbərliyində dəyişiklik edib.
Sportfm.az xəbər verir ki, eyniadlı idman cəmiyyətinin direktoru Mustafa Həsənov I Divizionda yarışacaq yeni klubun idarəçiliyindən uzaqlaşdırılıb.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov debütantın başına gətirilib.
Maraqlıdı ki, sözügedən şəxs eyni zamanda "Səbail"də fəaliyyət göstərir. O, Premyer Liqada ilk mövsümün keçirən "aslanlar"ın Müşahidə Şurasının üzvüdü.
Hazırda həm qılıncoynatma, həm də badminton federasiyasına rəhbərlik edən M.Cabbarov "Vətən"in qarşısına Premyer Liqaya vəsiqə məqsədi qoyub. Kluba yeni sponsorlar cəlb olunub, növbəti dəfə vəzifə bölgüsü aparılır.
Oxşar xəbərlər
Fərid Mansurov yenidən güləşdə - Seçki
Azərbaycan Badminton Federasiyasına yeni prezident seçildi - Təyinat
Mikayıl Cabbarov federasiyaya rəhbər gəlir - Təyinat
Təhsil naziri federasiya prezidenti seçildi
"Neftçi"ni çempion edən mütəxəssis yeni klubunun hədəflərini açıqladı - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası