Təhsil naziri federasiya prezidenti seçildi
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.
Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.
AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edəcək.
O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.
Qeyd edək ki, İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.
Oxşar xəbərlər
Fərid Mansurov yenidən güləşdə - Seçki
Ağır Atletika Federasiyasına prezident seçildi - Təyinat
Azərbaycan Badminton Federasiyasına yeni prezident seçildi - Təyinat
İqtisadiyyat naziri federasiya prezidenti seçildi - Təyinat
İlin idman yekunları müzakirə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası