12 yaşlı azərbaycanlı şahmatçı Avropa çempionu oldu
Rumıniyanın Mamaya şəhərində şahmat üzrə uşaqlar və yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirdə ölkəmizi 28 şahmatçı təmsil edib. Qitə birinciliyi İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.
Həmin zəka sahibləri arasında 12 yaşlı Aydın Süleymanlı da olub. A.Süleymanlı qitə birinciliyində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Təmsilçimiz 9 turdan ibarət yarışda 7,5 xal toplayaraq Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, sözügedən yarışda 46 ölkədən ümumilikdə 1200-ə yaxın şahmatçı qələbə uğrunda mübarizə aparıb. A.Süleymanlı 2 qat Azərbaycan və 2 qat Avropa çempionu titulunun sahibidir. O, həmçinin, dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə qalxmağa da nail olub.
Xatırladaq ki, korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqətlə yanaşan Veysəloğlu Şirkətlər Qrupu daim idman və təhsilə dəstəyi ilə fərqlənib.
Oxşar xəbərlər
Şahmatçılarımız Avropa çempionatında mübarizə aparacaq - U-16
Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu oldu
Şahmatçılarımız Avropa birinciliyində mübarizə aparacaqlar
Murad İbrahimli dünya çempionu oldu
Rumıniyada şahmat üzrə Avropa Çempionatı start götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası