Murad İbrahimli dünya çempionu oldu
Azərbaycan şahmatçısı Murad İbrahimli məktəblilər arasında şahmat üzrə dünya birinciliyində qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, dünya birinciliyi Albaniyanın Durres şəhərində keçirilib. Doqquz turda 7,5 xal toplayan M.İbrahimli 17 yaşına qədər məktəblilər arasında birinci yeri tutub.
Mükafatlı yerlər uğrunda 7-17 yaşlı 400 şahmatçı mübarizə aparıb. Azərbaycanı 16 şahmatçı təmsil edib. Onların dördü müxtəlif əyarlı medallar qazanıb.
On yeddi yaşına qədər şahmatçıların qrupunda daha bir şahmatçımız - Aydan Xocatova fərqlənərək gümüş medala sahib olub. Yusif Kərimli 7 yaşına qədər şahmatçılar arasında ikinci yeri tutub, İsmayıl Süleymanlı isə 9 yaşına qədər şahmatçılar arasında bürünc mükafatçı olub.
Əlavə edək ki, yarışlar İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.
Oxşar xəbərlər
Şahmatçımız gümüş medal qazandı - Dünya çempionatı
30 şahmatçımız ən güclü qrupda - Avropa Çempionatında
Şahmatçımız Avropa çempionatının qalibi oldu
Yunanıstanda dünya birinciliyi start götürdü
Şahmatçılarımız Avropa birinciliyində mübarizə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası