Şahmatçılarımız Avropa birinciliyində mübarizə aparacaqlar
Avqustun 19-28-də Latviyanın paytaxtı Riqada 8,10,12 yaşına qədər oğlan və qızlar, habelə 14,16, 18 yaşına qədər yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Avropa birinciliyi keçiriləcək.
Sportfm.az xəbər verir ki, iştirakçıların ilkin siyahılarına görə, Avropa çempionatında 47 ölkədən 1000-dən çox, o cümlədən Azərbaycandan 30 şahmatçı mübarizə aparacaq.
Müxtəlif yaş dərəcələrində keçiriləcək bu forumda Azərbaycanı beynəlxalq dərəcəli usta Abdulla Qədimbəyli, FIDE ustaları Gövhər Beydullayeva, Süsən Məmmədova, Aydın Süleymanlı, Sadiq Məmmədov, ustalığa namizədlər Xanım İsmayılova, Səadət Bəşirli, Səmra Qasımova, Ayan Allahverdiyeva, Mələk İsmayıl, Əli Süleymanov, Fərid Orucov, Read Səmədov, Süleyman Süleymanlı, Fərid Məlikov və başqaları təmsil edəcəklər.
Yarışlar İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Avqustun 25-i iştirakçıların istirahət günüdür.
Oxşar xəbərlər
Şahmatçılarımız liderlər qrupunda mübarizə aparır
Yunanıstanda dünya birinciliyi start götürdü
Şahmatçılar arasında respublika birinciliyinə start verildi - FOTO
Murad İbrahimli dünya çempionu oldu
Rumıniyada şahmat üzrə Avropa Çempionatı start götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası