Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zaqatala"nın futbolçusu məşqdə öldü
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Zaqatala" klubunun düşərgəsində ölüm hadisəsi qeydə alınıb. Sportfm.az "Apasport"a istinadla xəbər verir ki, əyalət təmsilçisinin heyətində afrikalı futbolçu dünyasını dəyişib. Faktı klubun prezidenti Musa Qurbanov da təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.
"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib. Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
Zaqatala Mərkəzi Xəstəxanasından apasport.az saytına verilən məlumata görə, ilkin versiyaya əsasən futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
"Qəbələ"nin futbolçusu qəzaya düşdü - HADİSƏ
“Zaqatala”nın büdcəsini təsdiqləndi - 250 min manat
"Lokomotiv" klubunun gənc futbolçusu vəfat etdi
"Zaqatala"nın futbolçusu Premyer Liqada
Bəxtiyar Musayev:"Mənim onlara nəyi isə sübut etmək fikrim yoxdu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası