reklam
Premyer Liqa oyunu yarımçıq dayandırıldı
Sportfm.az xəbər saytı

Premyer Liqa oyunu yarımçıq dayandırıldı


İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı yarımçıq dayandırılıb.
Sportfm.az xəbər verir ki, buna qonaq komandanın kapitanı Tom Lokyerin huşunu itirərək yerə yıxılması səbəb olub.

Görüşün 59-cu dəqiqəsində 29 yaşlı futbolçu rəqiblə heç təmas olmadığı anda qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə tribuna otağına aparılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.

Əvvəlcə baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra hakimlərlə danışıqlardan sonra görüş təxirə salınıb. Qarşılaşma təxirə salınan vaxtda hesab 1:1 olub.

"Luto Taun" Lokyerin oyun zamanı ürəyinin dayandığını açıqlayıb. 29 yaşlı oyunçu sonradan özünə gəlib. O, hazırda xəstəxanadadır.

Oxşar xəbərlər

“Liverpul” – “Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Premyer Liqa matçı təxirə salındı - İngiltərədə
Fransa Liqasında qapıçıya partlayıcı atdılar, oyun yarımçıq qaldı
Aqollinin oyunu yarımçıq qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər