reklam
Sportfm.az xəbər saytı

"Atletik" "Qarabağ"a görə cəzalandı


İspaniyanın "Atletik" klubu "Qarabağ"a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib.

Sportfm.az xəbər verir ki, Avropa futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

"Atletik" "İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) ucbatından cəza ilə üzləşib.

Xatırladaq ki, sözügedən matç zamanı "Atletik" komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. "Qarabağ" rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

UEFA "Qarabağ"ın rəqibini cərimələdi
"Qarabağ"ın prezidenti komandasının yanında - FOTO
"Qarabağ" "Atletik"lə üz-üzə - YENİLƏNİR
Ermənistan Futbol Federasiyası cəzalandırıldı
UEFA-dan “Qarabağ”a görünməmiş cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər