Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçu maaşının bir faizini alacaq
"Mançester Yunayted”in və İspaniya millisinin yarımmüdafiəçisi Xuan Mata təqdirəlayiq hərəkətlə diqqət mərkəzinə düşüb.
Sportfm.az xəbər verir ki, 29 yaşlı futbolçu klubunda aldığı maaşın 1 faizini yardıma möhtac olan uşaqlara vermək qərarına gəlib. Bu barədə ispan futbolçu İngiltərə mətbuatına açıqlamasında məlumat verib. Hər ay maaşının 1 faizini dünyanın 80 ölkəsində fəaliyyət göstərən "Common Goal” xeyriyyə təşkilatına verəcək Mata, bu addımı digər futbolçuların da atmasını gözlədiyini deyib:
"Paylaşmaqla dünya dəyişəcəksə, bunda mənim də payım olsun istəyirəm. Kömək edən futbolçulardan ibarət "11”-lik formalaşdırmağı arzulayıram. Bunu kompaniya halına gətirə bilərik. Bu işə öncülük etmək istəyirəm”.
Mata bu qərarı Çempionlar Liqasının 2012-ci ildəki fialından sonra verdiyini bildirib:
"Çempionluğu qeyd edən zaman ətrafdakı dostlarıma baxdım. Hamımız dünyanın fərqli yerindən, fərqli səviyyəli yerlərdən gəlmişdik və hamımız fərqli dillərdə danışırdıq. Bəzisi müharibəyə şahid olmuşdu, bəzisi isə kasıblıq içində böyümüşdü. Ancaq hamımız Almaniyada ÇL-in qalibi olmağın sevincini yaşayırdıq.
Kömək etmək imkanımız var. Uşaqların sevdiyi oyunu oynayırıq. Xəyalımızı yaşayırıq və bu cəhətdən çox şanslıyıq. Gəlin, birlik olaq və uşaqlar üçün bir işıq yandıraq”.
Xatırladaq ki, Mata "Mançester Yunayted”də həftədə 140 min funt-sterlinq qazanır.
Oxşar xəbərlər
Mata heç kimə lazım olmadı
"Heç bir futbolçu yaddan çıxarmamalıdır ki, biz necə şanslı insanlarıq" - Xuan Mata
Bill Qeyts Xuan Mata ilə stolüstü futbol oynadı - VİDEO
Mourinyo qərarını dəyişdi
Xuan Mata Türkiyə Superliqasında?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası