reklam
Cüdoçumuz erməniyə qalib gəlib, çempion oldu
Sportfm.az xəbər saytı

Cüdoçumuz erməniyə qalib gəlib, çempion oldu


Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb.

Sportfm.az xəbər verir ki, mötəbər turnirin ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib.
Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb.
Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Hollandiya millisi 2-ci, Rusiya komandası isə 3-cü olub.

Oxşar xəbərlər

Avropada ən güclüyük - Cüdo üzrə
Erməniyə qalib gələn cüdoçumuz finalda uduzdu
Gənc cüdoçularımız Dünya birinciliyində tarix yazdı
Cüdo yığmamız DÇ-də birinci yeri tutdu
Azərbaycan cüdoçusu ermənini yenib dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər