reklam
Klublar
Sportfm.az xəbər saytı

Klublar "Mançester Siti"nin Çempionlar Liqasından kənarlaşdırılmasını tələb etdi


İngiltərə Premyer Liqasında çıxış edən 8 klub "Mançester Siti"nin Çempionlar Liqasına buraxılmaması istəyi ilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. 

Sportfm.az xəbər verir ki, həmin klublar turnir cədvəlinin yüksək pillələrində yer alan "Liverpul", "Lester", "Çelsi", "Mançester Yunayted", "Vulverhempton", "Arsenal", "Tottenhem" və "Börnli"dir. Bu komandalar "şəhərlilər"in ən azı bir klubun Çempionlar Liqasından kənarda qalması hesabına kifayət qədər qayda pozduğunu bildiriblər. 

Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə  Arbitraj Palatası fevralın 14-də "Mançester Siti"nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub bu pozuntulara 2012 - 2016-cı illərdə yol verib. "Şəhərlilər"ə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS klubun apellyasiyasını fevralın 26-da alıb. 

Oxşar xəbərlər

Premyer Liqa klubları "Siti"nin qovulmasını istəyir
İngiltərə Premyer Liqasında möhtəşəm sonluq - "Mançester Siti" çempiondur
"Mançester Siti" ilə bağlı mühüm qərar - Şikayəti təmin edildi
“Mançester Siti”nin cəzası ləğv edildi - RƏSMİ
Çempionlar Liqasından ən çox qazanan klublar bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər