Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Onlar məni dünya çempionu etdilər" -Messi
"Argentinalı olmağımla və hamınızla birlikdə xəyalımı gerçəkləşdirdiyim üçün qürur duyuram".
Sportfm.az xəbər verir ki, bunu "İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina milli komandasındakı karyerası barədə danışarkən deyib.
Oktyabrın 7-də 39 yaşlı ulduz Buenos-Ayresdəki "Monumental" stadionunda Benin millisinə qarşı vida matçına çıxıb. Görüş Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
85 min azarkeşin izlədiyi oyunda Messi penaltini dəqiq yerinə yetirib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Argentinalı olmağımla və hamınızla birlikdə xəyalımı gerçəkləşdirdiyim üçün qürur duyuram. Son dünya çempionatında qələbəyə çox yaxın idik... İngiltərə ilə matç bizim üçün inanılmaz dərəcədə yorucu keçdi. Fiziki və emosional baxımdan tamamilə tükənmişdik, imkanlarımızın minimum həddində sona qədər müqavimət göstərdik.
Yanımda olan bütün komanda yoldaşlarım bu forma üçün həmişə bütün güclərini qoydular. Onlar məni dünya çempionu etdilər. Yanımda həyatı bahasına mübarizə aparan döyüşçülərin olduğunu bilirdim.
Burada oynamaq üçün çox darıxacağam. Ölkənin hər yerini gəzmək mənə nəsib oldu və əvvəldən sona qədər hər zaman böyük sevgi gördüm. Yaşadığım hər şeyə görə minnətdaram", - deyə Messi vurğulayıb.

Oxşar xəbərlər
Messi bombardirliyə yüksəldi
Messi yeni rekorda imza atdı
Messi hazırlaşmaq üçün "Barselona"ya qayıdır
Messi Amerikanın tarixinə düşdü
Messi yenidən milli komandada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası