Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hidayət mübarizəni dayandırdı -Dünya çempionatı
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib. Rəqibinə cərimə xalları hesabına məğlub olan H.Heydərov çıxışını başa vurub.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Oxşar xəbərlər
Hidayət qələbə ilə başladı - Dünya çempionatı
İlham Əliyev dünya çempionumuzla görüşdü - FOTO
Prezident dünya çempionatının açılış mərasimini izlədi
Daha dörd cüdoçusu mübarizəyə başlayır - Dünya çempionatı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası