Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bizi qarşıda çətin rəqiblər gözləyir" -Ayxan Abbasov
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Ukrayna yığmasını qəbul edib.
Sportfm.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra Azərbaycan millisinin baş məşqçi postunu müvəqqəti icra edən Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov bu gün qazanılan xalın ölkə futboluna ruh yüksəkliyi bəxş edəcəyini deyib:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Bir gün vaxtımız var idi. Belə olan halda da ancaq psixoloji hazırlaşmalıydıq. Bu gün hesab necə olursa olsun, onlara təşəkkür edəcəkdim. Bu gün bu istək, qazanılan xal futbolumuza ruh yüksəkliyi gətirəcək. Rəqib də çox gücü idi. Çətin səfərdən gəlmişdilər, qələbə qazanmaq istəyirdilər. Bizim futbolçular da uzaq səfərdən gəlmişdilər, böyükhesablı məğlubiyyət, psixoloji durumları yerində deyildi. Təbii ki, bir gündə çox şeyi dəyişmək olmur. Yalnız birlik, bərabərlik və hər kəsin istəyi… Bunu dəyişə bildik. Artıq bu nəticənin komandaya ruh yüksəkliyi gətirəcəyini düşünürəm.
U-21-ə görə sevinirəm, düzdür, Portuqaliyada böyükhesablı məğlub olduq. Amma inanın ki, çox yaxşı futbol nümayiş etdirdilər. İnkişaf etdiklərini görürəm. Hazırda mən U-21-in baş məşqçisiyəm. Bizi qarşıda çətin rəqiblər gözləyir. Fransa millisi ilə keçiriləcək oyun haqda danışmağım düzgün olmaz. Hələ bilinmir qərarlar nə olacaq. Amma ümumən, mübarizə aparmaq lazımdır.
Mahir Əmrəli və Renat Dadaşov taktiki baxımdan pis oynamadılar. İslandiya ilə oyuna baxmadım, epizodları izlədim. Biz səfərdə idik. Bolqarıstanla oyuna hazırlaşırdıq. Bu qərar ani baş verdi. Əlbəttə, mən “Dalğa Arena”ya daxil olanda futbolçuları məyus gördüm. Təcrübəli oyunçularla görüşümüz oldu, müzakirələr apardıq. Hazırlığımız bu yöndə oldu.
Düşünürəm ki, oyunun dəyişmə anı Toral Bayramovun meydana daxil olması oldu. Oyuna çox yaxşı qoşuldu. Oyundan əvvəl də düşünürdük ki, Toral başlasın, yoxsa, Rüstəm Əhmədzadə. Sonda Rüstəmlə başlamağa qərar verdik”.(komanda.az)

Oxşar xəbərlər
"Onun meydana daxil olması futboldan çox, insani yanaşma idi" - Şahin Diniyev
“Xırdalan”ın baş məşqçisi danışdı: "Çətin olacağını da bilirdik"
"Uğurlu nəticənin davamını gətirməyə çalışacağıq" - Siyasət Əsgərov
Yığmanın üzvü: "Robert Prosineçkiyə özümü göstərmək istəyirdim"
Ansi Aqolli: "Bizi ciddi oyun və çətin mübarizə gözləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası