reklam
Basketbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq
Sportfm.az xəbər saytı

Basketbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq


Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, artıq çempionatın 4 dörddəbir finalçısı müəyyənləşib.

Türkiyənin ev sahibliyi etdiyi səkkizdəbir finalda əvvəlcə Sloveniya və Ukrayna yığmaları üz-üzə gəliblər. Rəqibini 79:55 hesabı ilə məğlub edən Sloveniya millisi ilk dörddəbir finalçı olub.

Daha sonra Almaniya və Fransa yığmaları qarşılaşıblar. Görüşdə 84:81 hesabı ilə qalib gələn Almaniya basketbolçuları növbəti mərhələyə adlayıblar.

Sonra azarkeşlər Finlandiya-İtaliya oyununu izləyiblər. Rəqibdən üstün oyun nümayiş etdirən İtaliya millisi növbəti mərhələyə vəsiqəni təmin edib – 70:57.

Litva-Yunanıstan qarşılaşması da maraq doğurub. Rəqibinə 77:64 hesabı ilə qalib gələn yunanıstanlı basketbolçular dörddəbir finala adlayıblar.

Bu gün keçiriləcək Latviya-Monteneqro, Serbiya-Macarıstan, İspaniya-Türkiyə və Xorvatiya-Rusiya oyunları ilə səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Çempionatın dörddəbir final mərhələsinin görüşləri sentyabrın 12-13-də, yarımfinallar ayın 14-15-də oynanılacaq. Üçüncü yer uğrunda görüş və final qarşılaşmaları isə sentyabrın 17-də keçiriləcək.

Oxşar xəbərlər

MLS-in səkkizdəbir final mərhələsinə yekun vuruldu
Avropa çempionatının yarımfinalçıları müəyyənləşdi
Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşdi
Boksçumuz Alaverdiyanı məğlub etdi
“Eurobasket 2017”nin sonuncu iki yarımfinalçısı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər