Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşdi
Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstan, Türkiyə seçməsi Hollandiya, İtaliya yığması Rusiya, Polşa komandası isə Almaniya ilə qarşılaşacaq.
Dörddəbir final mərhələsinin bütün görüşləri sentyabrın 4-də keçiriləcək. Bu mərhələnin oyunlarına Türkiyə və Polşa ev sahibliyi edəcək.
Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.
Oxşar xəbərlər
Avropa çempionatının yarımfinalçıları müəyyənləşdi
Azərbaycan millisi növbəti oyununu keçirəcək
Azərbaycan millisi Macarıstana yollandı
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır
Basketbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası