reklam
Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq
Sportfm.az xəbər saytı

Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq


Son 40 il ərzində ilk dəfə Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlər səsvermə olmadan məlum olacaq.

Sportfm.az xəbər verir ki, buna son illərdə Olimpiya Oyunlarını qəbul etməkdən imtina edənlərin sayının artması səbəb olub.

Son üç Qış Olimpiya Oyunları digər qitələrdən namizədlər olmadığı üçün Asiya şəhərlərinə verilib.

Hazırda Peruda Beynəlxalq Olimpiya Komitəsinin iclası keçirilir.

Bu iclasda 2024-cü il Yay Olimpiya Oyunlarının Parisə, 2028-ci il Yay Olimpiya Oyunlarının Los-Ancelesə verilməsi nəzərdə tutulur.

Sonuncu dəfə Olimpiya Oyunlarının keçirildiyi şəhər səsvermə olmadan 1978-ci ildə seçilmişdi. O zaman 1984-cü il Yay Olimpiya Oyunları Los-Ancelesə həvalə olunmuşdu

Oxşar xəbərlər

Olimpiya Oyunlarının məşəli təqdim olundu - “Pekin-2022”
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO
Yay Olimpiya Oyunları Afrikada keçiriləcək - ilk dəfə
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər