reklam
Yığmamız Türkiyədə 2-ci oldu
Sportfm.az xəbər saytı

Yığmamız Türkiyədə 2-ci oldu


16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Yalova şəhərində təşkil olunan “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi turnirində mübarizəni başa vurub.

Sportfm,az xəbər verir ki, yığmamız qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmadan qalib ayrılaraq finala vəsiqə qazanıb.

Azərbaycan komandası ilk oyunda “Viktor Sanikidze Academy Basketball”u 94:43 hesabı ilə üstələyib. Millimiz növbəti görüşdə “Bakırköy Kartaltepe”yə 65:54, qrupun son matçında isə “Eskişehir Gelişim Falcons”a 54:53 hesabı ilə qalib gəlib.

Finalda “Konya Diltaş Basketbol”la qarşılaşan yığmamız rəqibinə 69:73 hesabı ilə uduzub. Beləliklə, Azərbaycan millisi turniri ikinci yerdə tamamlayıb.

Oxşar xəbərlər

Millimiz qrup birincisi oldu
Yığmamız Dünya Seriyasının 1/4 finalında
Yığmamız xal qazanmayan Maltaya uduzdu - YENİLƏNİB
Yığmamız 13 top buraxdı, mübarizəni dayandırdı
Yığmamız Andorraya qalib gəldi - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər