reklam
Xaricdəki azərbaycanlı futbolçular üçün məlumat bazası yaradılır
Sportfm.az xəbər saytı

Xaricdəki azərbaycanlı futbolçular üçün məlumat bazası yaradılır


AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumatların toplanmasına başlayıb.

Sportfm.az xəbər verir ki, AFFA-nın məlumatına görə, federasiya 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan futbolçular barədə məlumat bazası yaratmağı planlaşdırır.

Toplanacaq məlumatlar arasında oyunçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, həmçinin daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı yer alacaq.

Layihənin əsas məqsədi xaricdə futbol oynayan azərbaycanlı futbolçuları müəyyənləşdirmək, onların inkişafını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.

Məlumatların AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacağı bildirilib.

Oxşar xəbərlər

Millimizə seçimlər davam edir
AFFA seleksiya xarakterli futbol turniri keçirdi
AFFA nümayəndələri beynəlxalq konfransda
AFFA 250-dən çox layihənin icrasını həyata keçirəcək
Azərbaycanlı futbolçular Türkiyədə legioner hesab olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər