reklam
AFFA seleksiya xarakterli futbol turniri keçirdi
Sportfm.az xəbər saytı

AFFA seleksiya xarakterli futbol turniri keçirdi


Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri keçirilib.

Sportfm.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.

2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi “Ağsu City” olub. 2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə “Xan” çempionluğu əldə edib.

Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin, AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər. Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.

Oxşar xəbərlər

“Məktəbli Qızlar” turniri başladı - FOTO
AFFA və UEFA-nın layihəsi başa çatdı - FOTO
SOS - Elit məşqlər niyə keçirilmir?
Seleksiya xarakterli oyunlar keçiriləcək
Seleksiya xarakterli oyunlar keçiriləcək - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər