reklam
Azərbaycanda böyük beynəlxalq futbol turniri start götürür
Sportfm.az xəbər saytı

Azərbaycanda böyük beynəlxalq futbol turniri start götürür


Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə 12 yaşadək futbolçular arasında beynəlxalq turnir keçiriləcək.

Sportfm.az xəbər verir ki, AGİN, AFFA və "Ulduz" Futbol Akademiyasının təşkilatçılatçılığı ilə baş tutacaq yarış "Ulduz Cup" adlanır.

Quba Olimpiya Kompleksinin ev sahibliyi edəcək turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparacaq.

"Ulduz" Futbol Akademiyasının direktoru Mehman Əlimovdan aldığımız məlumata görə,

A qrupunda Şimali Kipr milli komandası, "Bunyodkor" (Özbəkistan), "Ulduz" FA və Quba OK,

B qrupunda isə "Dinamo Minsk" (Belarus), "Saburtalo" (Gürcüstan), "Qarabağ" və "Metak" qüvvəsini sınayacaq.

Sabah start götürəcək turnirin final matçı sentyabrın 6-sı keçiriləcək.

Qeyd edək ki, bu, bir zaman "Qəbələ" İdman Klubunun təşkilatçısı olduğu "Gabala Cup"dan sonra ölkəmizin keçirdiyi ən böyük beynəlxalq futbol turniridi.

Oxşar xəbərlər

Şəhidin xatirəsinə həsr edilən turnir keçiriləcək
Bakıda “Böyük İpək Yolu” turniri keçiriləcək
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Debütantsız yubiley, ilk “səkkiz”lik, “Qarabağ”ın ulduz arzusu
Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər