Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elvin Yunuszadə Türkiyə klubunda -RƏSMİ
Türkiyənin 1-ci Liqa təmsilçisi “Boluspor” Elvin Yunuszadəni transfer edib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı müdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Elvin Yunuszadə karyerası ərzində “Neftçi” və “Qarabağ”ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan kubokunun qalibi olub.
Müdafiəçi avrokuboklarda da zəngin təcrübəyə malikdir. O, 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olan “Neftçi”nin heyətində yer alıb və 3 oyunda iştirak edib. Elvin həmçinin, 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən “Qarabağ”ın heyətində çıxış edib.

Oxşar xəbərlər
Yunuszadənin 200-cü oyunu
Cəfərquliyev yubileyini 2 qol ötürməsi ilə qeyd etdi
Elvin Yunuszadə "Qəbələ"də
Elvin Yunuszadə seçimini etdi
Azərbaycanlı futbolçu Avstriya klubuna transfer olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası