reklam
MLS-in səkkizdəbir final mərhələsinə yekun vuruldu
Sportfm.az xəbər saytı

MLS-in səkkizdəbir final mərhələsinə yekun vuruldu


Amerika Milli Futbol Liqasında (MLS) pley-off mərhələsinin səkkizdəbir final mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, “Kolambus Kryu” səkkizdəbir final mərhələsində “Minnesota Yunayted”lə qarşılaşıb. İlk hissəni qonaqlar Robin Lodun vurduğu qol sayəsində minimal üstünlüklə başa vurublar. Fasilədən sonra isə hesabda tarazlıq yaranıb. “Kolambus Kryu”nun futbolçusu Qyasi Zardes fərqlənib. Matçın əsas vaxtı heç-heçə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələrdə daha dəqiq olan Minnesota təmsilçiləri qalib gələrək növbəti mərhələyə adlayıblar.

Günün digər görüşündə də komandalar eyni ssenari üzrə çıxış ediblər. Söhbət “Portlend Timbers” və “Sinsinnati” oyunundan gedir. Birinci hissədə tərəflər çox çalışsalar da, hesab açılmayıb. Matçın 67-ci dəqiqəsində Yaroslav Nezqoda hesabı açıb. Lakin 81-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Yurgen Lakodia diqqət mərkəzinə düşüb. Matç 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Portlend Timbers” futbolçuları daha dəqiq olublar. Bununla da komanda dörddəbir finala adlayıb.

Oxşar xəbərlər

MLS liqasının qalibi məlum oldu - VİDEO
"Qalatasaray", "Sivasspor" və "Antalyaspor" mərhələ keçdi - Türkiyə kuboku
MLS-də qrup mərhələsinə yekun vuruldu
"Qalatasaray" 2 qola sevindi
Basketbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər