reklam
Ehtiram Quliyev
Sportfm.az xəbər saytı

Ehtiram Quliyev "Fənərbaxça"nın prezidenti ilə görüşdü -FOTO


"Turan"ın İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.

Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.

Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.

Oxşar xəbərlər

Ştange Ehtiram Quliyevlə görüşdü - FOTO
"Fənərbaxça"nın prezidentinə "Qarabağ" forması hədiyyə edildi - FOTO
Rəhbərlik azarkeşlərlə görüşdü - FOTO
Orxan Məmmədov TFF-nin prezidenti ilə görüşdü - FOTO
“Zirə” “Fənərbaxça” ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər