Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Zirə” “Fənərbaxça” ilə qarşılaşacaq
“Zirə” Türkiyənin “Fənərbaxça” klubu ilə Bakıda yoldaşlıq oyunu keçirə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə “Zirə”nin prezidenti Taleh Nəsibovla İstanbul klubunun baş katibi Burak Kızılhan arasında danışıq aparılıb. “Fənərbaxça”nın ofisində keçirilən görüşdə Azərbaycan Minifutbol Federasiyasının və Türkiyə klubunun idarə heyətinin üzvüləri də iştirak ediblər.
Toplantıda tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
Oxşar xəbərlər
Orxan Məmmədov TFF-nin prezidenti ilə görüşdü - FOTO
Orxan Məmmədov “Zirə” minifutbol komandası ilə görüşdü - FOTO
Beynəlxalq minifutbol turnirinin püşkü atıldı - SİYAHI
AFFA-nın baş katibi türkiyəli həmkarı ilə görüşdü
Dəqiqləşdi: "Neftçi" "Fənərbaxça" ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası