reklam
De Bleker AFFA-dan getdi
Sportfm.az xəbər saytı

De Bleker AFFA-dan getdi


Belçikalı FİFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
Sportfm.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb.

2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.

AFFA-nın yaydığı məlumatda bildirilib: "O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib. 2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir. Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda Frank De Blekerin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.

Frank De Bleker karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər

AFFA rəsmisi “Barselona”nın oyununda
De Bleker son turdakı epizodları şərh edib - VİDEO
Komitə sədri mübahisəli epizodlarını şərh etdi - VİDEO
AFFA Hakimlər Komitəsinin sədrinə vəzifə verildi - Rusiyada
Hakimlər Komitəsinin yeni sədri belçikalı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər