Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA Hakimlər Komitəsinin sədrinə vəzifə verildi -Rusiyada
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Rusiya Futbol İttifaqı (RFS) prezidenti yanında ekspert-hakimlik komissiyasının tərkibinə daxil olub.
Sportfm.az xəbər verir ki, bu barədə RFS-in mətbuat xidməti xəbər yayıb.
Komissiyaya belçikalı sabiq FIFA referisi ilə yanaşı, Belarusdan olan keçmiş beynəlxalq dərəcəli hakim Aleksey Kulbakov da salınıb.
De Blekere FIFA referisi statusunu 1998-ci ildə alıb. O, DÇ-2006 və DÇ-2010-da, habelə AVRO-2004 və AVRO-2008-də hakimlik edib. Belçikalı mütəxəssis 2020-ci ilin iyunundan 2022-ci ilin martınadək də ekspert-hakimlik komissiyasının tərkibində olub.
Qeyd edək ki, Pavel Kamantsevin sədrlik etdiyi komissiyada Ravşan İrmatov, Milorad Majiç, Nestor Pitana, Cüneyt Çakır, Vladimir Kadıkov, Talqat Kosmuxambetov kimi sabiq əcnəbi referilər də yer alıb.

Oxşar xəbərlər
AFFA prezidenti Kuyperslə görüşdü
Frank De Blekere "Kəpəz"in futbolçuları ilə görüşdü
Frank De Blekere hakimlərimizə seminar keçdi
Hakimlər Komitəsinin yeni sədri belçikalı oldu
Kollina FIFA-da yeni vəzifə alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası