reklam
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Sportfm.az xəbər saytı

Millimiz Qazaxıstan yığmasına qalib gəldi


Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.

Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.

Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

Bakıda keçirilən dünya çempionatında azarkeş rekordu
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Gücümüz ancaq Hindistana çatır
Minifutbol yığmamız dünya çempionatına qələbə ilə başladı
Minifutbol yığmamız Türkiyə ilə qarşılaşacaq - Yoxlama görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər