reklam
Kabo-Verdeli futbolçu tarixə düşdü -
Sportfm.az xəbər saytı

Kabo-Verdeli futbolçu tarixə düşdü -Ən baxımlı qol


DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, FIFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, Kabo-Verde millisinin müdafiəçisi Sidney Lopes Kabralın 1/16 final mərhələsində Argentinanın qapısından keçirdiyi top turnirin ən yaxşı qolu seçilib.

İyulun 4-də keçirilən qarşılaşmada Kabo-Verde yığması əlavə vaxtda 2:3 hesabı ilə məğlub olub. 23 yaşlı futbolçu matçın 103-cü dəqiqəsində göstərdiyi fəndlə Aleksis Mak Allisteri geridə qoyaraq topu Emiliano Martinesin qoruduğu qapının üst küncünə göndərib və hesabı 2:2 edib.

Səsvermədə Sidney Kabral Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov və Haiti yığmasının üzvü Vilson İzidoru geridə qoyub. Qeyd olunan mükafata həmçinin, Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellingem (İngiltərə) və Ferran Torres (İspaniya) kimi ulduzlar da namizəd göstərilmişdi.

Oxşar xəbərlər

42 yaşına qədər oynayacağı dəqiqləşdi - FOTO
Messi yenidən ən yaxşı bomabrdirdir - DÇ-2026
Argentina və Kolumbiya 1/8 finalda - DÇ-2026
Afrika təmsilçisi tarixində ilk dəfə finala vəsiqə qazandı
Andrade zədələndi - "Qarabağ" üçün problem

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər