Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bizə zaman lazımdır" -Zaur Həşimov
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov “Qəbələ” ilə yoxlama görüşündən sonra (1:1) klubun mətbuat xidmətinə açıqlama verib.
Sportfm.az xəbər verir ki, o, çempionatın startına qədər komandasının hazır olacağını deyib:
“Qəbələ” ilə matç ikinci yoxlama oyunumuz idi. Ümumilikdə oyun yaxşı alındı. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Meydanda olan bir neçə futbolçumuz bizimlə birlikdə cəmi 4-5 məşqdə iştirak edib. Heyətimizi komplektləşdirməyə çalışırıq. Yeni qurulan komandayıq və futbolçuların meydanda bir-birini daha yaxşı tanıması üçün zaman lazımdır. Başa düşürük ki, vaxtımız çox azdır. Lakin çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq”.
Qeyd edək ki, “Şəfa” ilk sınaq oyununda “İmişli” ilə heç-heçə edib - 2:2. Komanda növbəti yoxlama matçını iyulun 31-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Oxşar xəbərlər
"Şəfa" Qəbələdə bərabərə qaldı - Yoxlama matçı
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
“Şəfa” 5 yoxlama oyununda qüvvəsini sınayacaq
"İmişli"nin daha iki rəqibi bəlli oldu
"Kadis"in baş məşqçisi Eddi İsrafilovla bağlı danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası