Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kadis"in baş məşqçisi Eddi İsrafilovla bağlı danışdı
İspaniyanın "Kadis" klubunun baş məşqçisi Alvaro Kervera komandasının növbəti mövsümə hazırlığından, keçirilən yoxlama oyunlarından danışıb.
Sportfm.az xəbər verir ki, o, bu klubun şərəfini qoruyan Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:
"Komandamızın vəziyyətinin normal olması bizi sevindirir. Yaxşı hazırlıq keçirik və düşünürəm ki, çempionatın startına qədər hazır vəziyyətdə olacağıq. Bəzi futbolçuların durumu məni narahat edir. Elə oyunçular var ki, onlar haqda yekun qərar verməmişik. Məsələn, Eddi İsrafilovun komandadakı gələcəyi qeyri-müəyyən idi. Hətta ona görə bir neçə təklif də almışdıq. Lakin onu saxlamağa qərar verdik. O, məşqlərdə hamı kimi işləyir. Eddi bizim üçün önəmli oyunçudu. Fikrimcə, çempionatın gedişinda komandamıza xeyir verə biləcək".
Oxşar xəbərlər
"Neftçi" Eddi İsrafilovsuz qaldı - 2 həftə
"Eddi İsrafilov Azərbaycandan yaxşı təklif alıb" - AÇIQLAMA
Eddi İsrafilov İspaniya klubundan ayrıldı
Eddi İsrafilovun yeni klubu müəyyənləşdi
Eddi İsrafilovun komandası növbəti mərhələdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası