
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Bosniyalı futbolçu Azərbaycanda 100-cü oyununu keçirdi
"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. 3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/14 mövsümündən "Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.
O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İbrahimə qədər yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. "İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb.
Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq oyunçusu karyerasını başa vurdu - Millidə
"Turan" öz yubileyində məğlub olubmuş!
Səlahət də qocaldı
Fərhad Vəliyev üçün əlamətdar tur
Yubiley oyununda məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı