reklam
“Araz-Naxçıvan”da daha bir legioner
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan”da daha bir legioner


“Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb.

Sportfm.az xəbər verir ki, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü Naxçıvan təmsilçisinin heyətində keçirəcək.

Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub.

Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” qvineyalı hücumçu aldı
"Araz-Naxçıvan"da braziliyalı oyunçu - Transfer
Paro "Araz-Naxçıvan"la davam edəcək
“Araz-Naxçıvan”da növbəti futbolçu
"Araz-Naxçıvan" Birinci Liqadan futbolçu aldı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər