Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Araz-Naxçıvan" Birinci Liqadan futbolçu aldı -RƏSMİ
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Rəşad Həsənovla anlaşıb.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.
“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Oxşar xəbərlər
"Araz-Naxçıvan"da yeni oyunçu - Transfer
“Araz-Naxçıvan” bu futbolçularla yeni müqavilə bağladı
"Araz-Naxçıvan" yeni transferini açıqladı
“Araz-Naxçıvan” 2 futbolçu ilə müqavilə yenilədi
“Araz-Naxçıvan”da yeni müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası