reklam
Argentina İngiltərəyə qalib gəldi -
Sportfm.az xəbər saytı

Argentina İngiltərəyə qalib gəldi -DÇ-2026


Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, İngiltərə "Atlanta Stadium"da son çempion Argentina ilə qarşılaşıb. Görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Skaloninin komandası əvvəlcə hesabda geri düşsə də, daha sonra 2 qol vuraraq qalib gəlib və finala yüksəlib.

Beləliklə, DÇ-2026-nın finalında Argentina İspaniya ilə üz-üzə gələcək.

3-cü yer uğrunda görüşdə isə Fransa İngiltərə ilə qaşılaşacaq.

Qeyd edək ki, həlledici oyun iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

DÇ-2026, yarımfinal

15 iyul

23:00. İngiltərə - Argentina - 1:2

Qollar: Entoni Qordon, 55 (1:0), Enzo Fernandeş, 85 (1:1), Lautaro Martinez, 90+2 (1:2)

14 iyul

Fransa - İspaniya - 0:2

Oxşar xəbərlər

İngiltərə - Argentina - START HEYƏTLƏR
İspanlar finalda rəqibini gözləyir - DÇ-2026
1/4 final Fransa – Mərakeş matçı ilə başlayacaq - DÇ-2026
Argentina və Kolumbiya 1/8 finalda - DÇ-2026
Argentina yarımfinala yüksəldi - Amerika kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər