reklam
Klublarımızın avrokuboklardakı rəqibləri məlum oldu
Sportfm.az xəbər saytı

Klublarımızın avrokuboklardakı rəqibləri məlum oldu


Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri məlum olub.
Sportfm.az xəbər verir ki, qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivi ilə üz-üzə gələcək.

İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.

Kişilərdən ibarət “Xilasedici” klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi “Sportinq”lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.

Qadınlardan ibarət “DH Volley” komandası Çağırış Kubokunun 1/32 finalında “Holte” (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.

Kişilər arasında Çağırış Kubokunda “Ordu” uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin “Ferde” klubu olacaq. “Hərbçilər” ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.

Oxşar xəbərlər

Klublarımızın Avropa kubokundakı oyunlarının proqramı
"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi məlum oldu
“Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri - Çempionlar Liqası
“Xarı Bülbül” və “Azərreyl”in rəqibləri məlum oldu
Klublarımızın avrokubok rəqibləri bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər