reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi məlum oldu


Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

"Qarabağ" 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu halda "Qarabağ" ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

Oxşar xəbərlər

“Qarabağ”ın rəqibi məlum olacaq - Çempionlar Liqası
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
"Neftçi" və "Sabah"ın potensial rəqibi məlum oldu
"Qarabağ"ın pley-offdakı potensial rəqibi bilindi - Avropa Liqası
“Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər