
“Xarı Bülbül” və “Azərreyl”in rəqibləri məlum oldu
Voleybol üzrə Çempionlar Liqasının, CEV Kubokunun və “Challenge Cup” yarışlarının püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli oldu.
Belə ki, ölkəmizi qadınlar arasında “Challenge Cup”da təmsil edən “Azərreyl”in ilk rəqibi Ukraynanın “SC Balta” klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.
Avrokuboklarda debüt edəcək kişilərdən ibarət “Xarı bülbül” Şuşa klubunun rəqibi isə “TJ Spartak Myjava” klubu olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi “Xarı bülbül” Şuşa komandasının yeni seçilmiş prezidenti Nuran Hüseynov, klubun təsisçi-direktoru və oyunçusu İlqar İmamquliyev təmsil ediblər.

№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |