reklam
Sportfm.az xəbər saytı

"Araz"ın oyunlarının vaxtı bilindi


Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu “Araz”  H qrupunda mübarizə aparacaq. Görüşlər Rumıniyanın Deva şəhərinin İdman Sarayında baş tutacaq.

“Araz” oktyabrın 11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ertəsi gün eyni saatda başlayacaq matçdakı rəqib “Luksol Sent Endryu” (Malta) olacaq. “Araz” oktyabrın 14-dəki son turda meydan sahibi “Deva” ilə görüşəcək. Saat 20:00-da başlayacaq oyun elit-raunda yeganə vəsiqənin taleyi baxımından həlledici xarakter daşıyacaq.

Qeyd edək ki, "Araz" B yolunun sonuncu - VIII qrupunda yer alıb. B yolundakı 4 qrupda yalnız qaliblər elit raunda vəsiqə qazanır. Güclü komandaların yer aldığı A yoluna gəlincə, 4 qrupun hər birindən ən yaxşı 3 komanda növbəti mərhələyə adını yazdırır.

 

Oxşar xəbərlər

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bilindi - Çempionlar Liqası
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı
"Araz" mübarizəni dayandırdı
"Araz" növbəti qələbəsini qazandı - YENİLƏNİB
"Araz"ın UEFA kubokunda rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər