reklam
Sportfm.az xəbər saytı

"Araz"ın UEFA kubokunda rəqibləri müəyyənləşdi


Bu gün futzal üzrə UEFA kubokunun təsnifat və əsas mərhələlərinin püşkü atıllb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan çempionu "Araz”ın da rəqibləri bəlli olub.
 
Təmsilçimiz yarışa əsas mərhələdən başlayacaq. Naxçıvan klubu B yolu üzrə mübarizə aparacaq.
 
"Araz” 8-ci qrupunda çıxış edəcək. Elit-raunda vəsiqə uğrunda mübarizədə çempionumuz "Deva” (Rumıniya), E və F qruplarının qalibləri ilə qarşılaşacaq. Bu qrupun oyunları Rumıniyada keçiriləcək.
 
Təsnifat mərhələsinin E qrupunda "Flyamurtari” (Albaniya), "Mostar” (Bosniya və Herseqovina), "Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və "Narva Yunayted” (Estoniya), F qrupunda "Anartosis” (Kipr), "Klassik” (Moldova), "Leo” (Ermənistan), "Reksxem” (Uels) komandaları qüvvəsini sınayacaq.
 
Reqlamentə görə, Azərbaycan və Ermənistan komandaları bu mərhələlərdə qarşılaşa bilməzlər. Əgər Ermənistan klubu F qrupunu qalib kimi başa vursa, o zaman B yolunda 5-ci qrupda mübarizə aparacaq, həmin qrupa yüksələcək komandalardan biri də "Araz"a rəqib olacaq.
 
Qeyd edək ki, təsnifat mərhələsinin oyunları avqustun 22-27-də, əsas raundun görüşləri oktyabrın 10-15-də keçiriləcək. 

Oxşar xəbərlər

“Araz-Naxçıvan”ın potensial rəqibləri
“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri bilindi
"Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu - Çempionlar Liqası
Futzal komandamızın rəqibi kim olacaq?
Futzal üzrə ölkə çempionu Finladiyaya yollana bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər