reklam
Sportfm.az xəbər saytı

"Araz" mübarizəni dayandırdı


Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün qrupda son oyununu keçirib.

Sportfm.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb. Rəqibini 3 xal qabaqlayan Alesio da Silvanın yetirmələrinə qrup mərhələsini birinci pillədə başa vurmaq üçün uduzmamaq lazım idi. Amma Naxçıvan təmsilçisi rumınların qarşısında tab gətirə bilməyib.

Bununla da qrupda keçirdiyi son oyunda məğlub olan “Araz” elit-raunda yüksəlmək şansını əldən verib. Bu qrupdan “Deva” mübarizəni davam etdirəcək.

UEFA Kuboku

8-ci qrup
14 oktyabr

“Araz” - “Deva” 3:6
Qol: F.Matey, 6 (0:1). K.D.Santos, 8 (1:1). F.İqnat, 18 (1:2). F.Matey, 19 (1:3). A.Panzaru, 24 (1:4). T.T.Bolinya, 31 (2:4). T.Tonita, 38 (2:5). F.Matey, 39 (2:6). R.Çovdarov, 39 (3:6).
Hakimlər: Tomaş Frak (Polşa), İbrahim El Jilali (Hollandiya), Şota Kuxilava (Gürcüstan).
Deva idman kompleksi.

Oxşar xəbərlər

Joze Alessio: "Asan qollar buraxdıq"
"Araz" Rumıniya klubuna qarşı
"Araz" ilk oyunda qalib gəldi
“Araz” komandasının UEFA kubokunun əsas mərhələsi üçün heyəti açıqlandı
"Araz"ın oyunlarının vaxtı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər