reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyununun biletləri satışda


UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) matçının biletləri satışa çıxarılıb.

Sportfm.az xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - “Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

“Qarabağ” – “Vestri” matçının biletləri satışda
“Qarabağ” – “Nyukasl” matçının bilet qiymətləri
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılır
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışda
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər