Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
DÇ-2026-da yeni rekord -Azarkeş sayına görə
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı tarixə düşüb.
Sportfm.az xəbər verir ki, mundial turnir tarixinin azarkeş sayı üzrə rekordunu yeniləyib.
Qrup mərhələsinin başa çatmasına bir tur qalmış stadionlara ümumilikdə 3 milyon 605 min 357 tamaşaçı gəlib. Beləliklə, 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınmış 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.
Hazırkı mundialda pley-off oyunları hələ qarşıdadır. Turnir ümumilikdə 104 matçdan ibarətdir ki, bu da azarkeş sayının daha da artacağı deməkdir. Hazırda qarşılaşmalarda stadionların orta doluluq səviyyəsi 99 faizdən çoxdur.

Oxşar xəbərlər
Dünya çempionatında rekord sayda hakim olacaq
Dünya çempionu olan yığma 50 milyon dollar qazanacaq
Bu turnirdə yeni rekord qeydə alındı - Klublararası dünya çempionatı
“Liverpul”dan yeni rekord
Mundial üç ölkədə keçirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası