reklam
Dünya çempionatında rekord sayda hakim olacaq
Sportfm.az xəbər saytı

Dünya çempionatında rekord sayda hakim olacaq


Yayda keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında rekord sayda hakim çalışacaq.
Sportfm.az xəbər verir ki, mundialda ümumilikdə 170 hakim fəaliyyət göstərəcək.

Siyahıya 52 baş hakim, 88 köməkçi hakim və altısı qadın olmaqla 30 video hakim daxildir. Bu, dünya çempionatları tarixində ən yüksək say hesab olunur və 2022-ci ildə reallaşan dünya çempionatı turnirində qeydə alınan göstəricidən 41 nəfər çoxdur.

Bundan əlavə, tarixdə ilk dəfə olaraq azarkeşlər hakimlərin üzərində quraşdırılmış kameralar vasitəsilə epizodların təkrarını onların baxış bucağından izləyə biləcəklər.

Bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundiala ümumilikdə 48 komanda qatılacaq.

Oxşar xəbərlər

Karateçilərimiz dünya çempionatında 5 medal qazandı
Dünya Çempionatının favoriti İspaniyadır - “Opta” superkompüteri
Azərbaycanlı hakim dünya çempionatına təyinat alıb
Hakimimiz dünya çempionatında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Klublararası dünya çempionatının yeni loqosu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər