reklam
Dünya çempionu olan yığma 50 milyon dollar qazanacaq
Sportfm.az xəbər saytı

Dünya çempionu olan yığma 50 milyon dollar qazanacaq


FIFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının rekord həcmdə mükafat fondunu açıqlayıb.

Sportfm.az xəbər verir ki, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.

Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur.

Mükafatların bölgüsü aşağıdakı kimidir:

1-ci yer – 50 milyon dollar

2-ci yer – 33 milyon dollar

3-cü yer – 29 milyon dollar

4-cü yer – 27 milyon dollar

5–8-ci yerlər – 19 milyon dollar

9–16-cı yerlər – 15 milyon dollar

17–32-ci yerlər – 11 milyon dollar

33–48-ci yerlər – 9 milyon dollar

Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialın bütün iştirakçıları minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər

Bu dəfə rekord qırıldı
Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Ən çox qazanan onlardır - SİYAHI
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər