Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA rəsmisi 8 oyunda -Təyinat
AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. Z. Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.
AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.
UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.

Oxşar xəbərlər
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
AFFA rəsmisi Rumıniya millisinin oyununda - Təyinat
AFFA rəsmisi Çempionlar Liqasının oyununda
AFFA rəsmisi Avropa çempionatının oyunlarında
AFFA rəsmisi seçmə mərhələ oyununda - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası